"Aristocrat Social&Business Club" üzvləri beynəlxalq "The Japan Essence Global Expo-2026" sərgisində iştirak ediblər
"Aristocrat Social&Business Club" üzvləri Bakıda keçirilən "The Japan Essence Global Expo" beynəlxalq sərgisini ziyarət ediblər. Tədbir çərçivəsində Yaponiyanın zəngin mədəniyyəti və qida sənayesi ilə tanış olan klub təmsilçiləri, həmçinin keçirilən konfransda yaponiyalı sahibkarlarla strateji təcrübə mübadiləsi aparıblar.

BAKI — "Aristocrat Social&Business Club"un idarə heyəti və üzvləri Bakıda təşkil olunan nüfuzlu The Japan Essence Global Expo beynəlxalq sərgi və biznes forumunda iştirak ediblər. Genişmiqyaslı tədbir müddətində klub üzvləri Yaponiyanın qədim mədəniyyəti, milli mətbəxi və qida sahəsindəki innovativ həlləri əks etdirən eksklüziv nümunələrlə yaxından tanış olublar. Sərgi çərçivəsində təşkil olunan konfrans hissəsində isə Yaponiyanın aparıcı sahibkarları, investorları və müxtəlif sahə peşəkarları ilə işgüzar görüşlər keçirilib. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub, qlobal biznes tendensiyaları üzrə yeni tərəfdaşlıq təcrübələri qazanılıb.